Demirören Yatırım holdinqi hal-hazırda Logistika şirkəti yaradaraq yeni bir iş sahəsinə yiyələnir.
Milli və beynəlxalq arenalarda Şans oyunları, Daşınmaz əmlak, Turizm və Texnologiyaya investisiya qoyur, iqtisadiyyata dəyər qatır və ölkəni ixtisaslı işçi qüvvəsi ilə təmin edir.
Demir Cargo - “Demirören Holding” nəzdində olan Trendyoldan sifarişləri birbaşa Azərbaycan ünvanınıza və ya ən yaxın Gəl-Al nöqtəsinə gətirən şirkətdir.
Trendyol hesabınıza daxil olursunuz və ya qeydiyyatdan keçirsiniz. İstədiyiniz məhsulun yanında "Azərbaycana çatdırılma üçün uyğundur" yazısı varsa, səbətə əlavə edirsiniz. Səbətdə olan məhsulların və onların çatdırılma haqqını birbaşa Trendyola ödəyərək (kartla) sifarişinizi tamamlayırsınız.
Hal-hazırda Demir Cargo sadəcə Trendyol saytından verilmiş sifarişlərin çatdırılmasını həyata keçirir.
Trendyolda sifarişi və çatdırılma haqqını ödəmək üçün istənilən banka aid olan debet/kredit kartından istifadə edə bilərsiniz.
Onay kodu tələb olunduğunda Trendyoldakı hesabınızda "Hesabım & Yardım"-da "Kayıtlı Kartlarım" bölməsinə daxil olub Kart məlumatlarınızı silməlisiniz. Məlumatları sildikdən sonra sifarişi yenidən həyata keçirsəniz Onay kodu tələb olunmayacaq.
Azərbaycana göndərilən məhsulların təxmini çatdırılma müddəti 6 iş günüdür.
Bu müddət, e.customs.gov.az ünvanından edəcəyin gömrük bəyannaməsinin müddətindən asılı olaraq dəyişə bilər.
Sifarişlərim səhifəsində "Kargom Nerede?" düyməsi ilə sifarişinizi izləyə bilərsiniz.
Sifarişiniz üçün ünvan detalları əlavə edərkən diqqət etməli olduğunuz məqamlar;
1-Ünvan başlığı bölməsini "Ev ünvanım", "İs ünvanım" kimi adlandıra bilərsiniz. Əlavə etdiyiniz fərqli ünvanları ayıra bilmək üçün bu funksiya sizə kömək edəcək.
2-FİN kod bölməsinə FİN kodunuzu dəqiq və doğru şəkildə əlavə etdiyinizdən əmin olun. Smart Customs vasitəsi ilə gömrük bəyannaməsini doldurduğunuz zaman bu addım olduqca önəmlidir.
3-Ünvan məlumatlarını daxil edərkən yalnız türk və ingilis hərflərindən istifadə edə bilərsiniz.
Bizim iki fərqli çatdırılma üsulumuz var - "Ünvana çatdırılma" və "Gəl-al". Sifariş verərkən seçdiyiniz çatdırılma üsuluna uyğun olaraq məhsullarınızı ala bilərsiniz.
Ünvana çatdırılmasını istədiyiniz sifarişləri tamamlayarkən "Adrese teslim edilsin" seçimini etməlisiniz.
Filialdan təhvil almaq istədiyiniz bağlamalar üçün isə, "Gel-al Noktasını Seç" səhifəsində özünüzə ən yaxın olan filialımızı seçməlisiniz. Bağlamalar çatdıqda, onları həmin filialdan asanlıqla və təhlükəsiz şəkildə təhvil ala biləcəksiniz.
Azərbaycana göndərilən bağlamaların təhvilinin tamamlanması üçün e.customs.gov.az saytında və ya Smart Customs tətbiqində bəyan etmək məcburidir.
Gömrük bəyanı necə doldurulur?
1.e.customs.gov.az saytından və yaxud Smart Customs tətbiqindən giriş edin.
2.Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət bölməsini seçin.
3.Uyğun bəyannaməni seçin, şəxsi məlumatlarınızı düzgün doldurduğunuzdan əmin olun.
4.Bağlama ilə bağlı məlumatlar doldurulmuş halda gəldikdən sonra məlumatları yoxlayın.
5. Bağlamaya daxil olan məhsul və ya məhsulları əlavə edin.
6.Bəyannaməni təsdiq edin. Əlavə ödəniş etmək lazım gələrsə, ödənişi onlayn şəkildə heyata keçirə bilərsiniz.
Azərbaycan Gömrük qanununa istinadən xaricdən edilən 300$-a qədər aliş-verişlərə gömrük rüsumu tətbiq edilmir. Bu limiti keçdiyiniz zaman sifarişiniz üçün gömrük rüsumu ödəməyiniz lazımdır.*
Suallarınıza cavab verəcəyik və sizə daha çox məlumat təqdim edəcəyik. Gəlin əməkdaşlığımızı müzakirə edək